Ölümü ötürüb yaşa qoyacam,
Zülümü götürüb daşa qoyacam.
Gülümü gətirib başa qoyacam,
Hicranı saçından sürüyəcəyəm.
Vüsala əbədi qulam mən daha,
Həsrətin əyninə tüləm mən daha.
Içimdən yanaraq küləm mən daha,
Eh, elə-beləcə çürüyəcəyəm.
Suları tərtəmiz umman olacam,
Xoş ümid olacam, güman olacam.
Ağappaq, qayğısız duman olacam,
Gözünün önünü bürüyəcəyəm.
19.08.2013
Kayıt Tarihi : 9.6.2018 16:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!