Dostuma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Dostuma

ŞEİR-SÖHBƏT
(Qırx illik dostum Afaqa)

Qırx illik dostluğa inanmışıq biz.
Nələrin üstündə qınanmışıq biz.
Dar gündə, çətində sınanmışıq biz.
O xoş xatirələr gözümdən itməz.

Bu sənin taleyin, bəxtin, qismətin
Bir ömür sürmüsən çətindən çətin.
Yamanca ağırmış eşqin həsrəti,
Ürəkdə yurd salan bu sevda bitməz.

Heç nəyin üstündə küsdük, barışdıq
“Kim əla oxuyar”-daim yarışdıq.
Zamanın oduna nə tez alışdıq,
Çox heyif, ötənə əlimiz yetməz.

Bilmədik ayrılıq fələk oyunu,
Üfləyib içmədik acı suyunu.
Bilirsən, əzizim, bilirsən bunu,
Qızılgül bağında qarğalar ötməz.

Qoy artsın, çox olsun hər zaman ruzin,
Analıq hissinin oduna qızın.
Hər zaman dayaqdır öğulun, qızın
Çəkdiyin əziyyət heç bada getməz.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu