Bu dünyanı ağ görür,
Eh, hamını sağ görür.
Dərə keçir, dağ görür,
Yol aşır xatirələr.
Əzizdir hər anıyla,
Acı, şirin tamıyla.
Məni sevmir, hamıyla
Yollaşır xatirələr.
Xəbər gətirir dündən,
Xoş sədadan, bəd ündən.
Qocaldıqca gün-gündən,
Bollaşır xatirələr.
İncisiylə, dürrüylə,
Minbir gizlin sirriylə.
Həmişə bir-biriylə,
Dalaşır xatirələr.
Fəth edib ucaları,
Bölübdür hecaları.
Könlümün küçələrin,
Dolaşır xatirələr.
Kayıt Tarihi : 30.1.2026 11:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!