Eşqə kəniz olub qal,
Qarabəniz olub qal.
Elə dəniz olub qal,
Çevirilmə gölə sən.
Xatırlama pisləri,
Şərdən gələn hisləri.
Qəlbindəki hissləri,
Bəlkə mənlə böləsən.
Dünya-sehirli aləm,
Yarı sevinc, yarı qəm.
Sevdiyimi demirəm,
Qorxuram ki öləsən.
Kayıt Tarihi : 30.4.2018 07:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!