Heç bilmirəm bağ-baxçadan nə dərim,
Söz içində azmaq oldu qədərim.
Ürəyimdə boy veribdir kədərim,
Sanırlar çox yeməyimdən şişmanam.
Şeriyyətsiz keçməz anım, dəqiqəm,
Mən hər zaman parıldayan əqiqəm.
Sonunadək pozulmaz ki əqidəm,
Doğruya dost, yalanasa düşmanam.
Qəlbi qara insanları sevmərəm,
Zəhərini şəkər bilib yemərəm.
Qocalsam da ömür boyu demərəm,-
“Bu dünyaya gəlməyimə peşmanam.”
Kayıt Tarihi : 29.6.2025 07:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!