Sanma işin sonu əla ələcək,
İşıq gözlərinə ala gələcək.
Günlərin birində bəla gələcək,
İldırım düşəcək başına sənin.
Bir fürsət gözləyir inan, haçaqdır,
Özünü özündən qoparacaqdır.
Qatıb qabağına aparacaqdır.
Əcəl baxmayacaq yaşına sənin.
Fərəh hərdən yolun sizdən salsa da,
Ayrılıq zalımı qəfil çalsa da.
Saçların qapqara, şəvə qalsa da,
Ağappaq dən düşər qaşına sənin.
İndi də nağılın sonuna gələk,
Bəzən ərk etdiyin qurar min kələk.
Sənə dost deyil ki amansız fələk,
Soyuq su tökəcək aşına sənin.
Dünyadan yapışdın sən onbeş əlli,
Yığdığın sərvətdən aldın təsəlli.
Yaşama tarixin hamıya bəlli,
Bircə gün yazılar daşına sənin.
Kayıt Tarihi : 21.7.2025 06:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!