Qiybətcil dodaqlar büzülməsin ki,
Ürəyim əzabdan üzülməsin ki,
De, necə al rəngdə süzülməsin ki,
Göz yaşım sevginin yaş çətirindən.
Nanəcib ayrılıq tərk edilibdir,
Sarsılmaz gücünə şəkk edilibdir,
Qayanın üstünə həkk edilibdir,
Kəlamlar oxuyaq daş sətirindən.
Qaraya çevrilməz könül ağımız,
Torpağa qarışar həsrət dağımız.
Necə gül açıbdır sevgi bağımız,
Dünyaya səpəydik kaş ətirindən.
25.01.2019
Kayıt Tarihi : 26.1.2019 14:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!