Yolunu yaman azdın,
Dərin bir quyu qazdın.
Ölüm hökmünü yazdın,
Özün daş qələminlə.
Eşqi sehrbaz etdin,
Ladın xoş avaz etdin.
Göylərə pərvaz etdim,
Quru-yaş ələminlə.
Hanı tənha olanım,
Baharında solanım.
Dünya, necə dolanım,
Verdiyin sələminlə.
Kayıt Tarihi : 2.10.2025 10:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!