Ay çıxıb,günəş də qəfil batıbdır,
Ulduzlar arzuya, kama çatıbdır.
Sinəmdə nə qədər sirlər yatıbdır,
Mən bu qısa ömrün daş mücrüsüyəm.
Azərbaycan adlı səltənətim var,
Dosta, yar-yoldaşa sədaqətim var.
Əzizim,nə gözəl bir sənətim var,
Həyat maşınının sürücüsüyəm.
Əzizim,sən mənim sözümü dinlə,
Nə qışqır, nə bağır.Nə də ki inlə.
Mənim işim yoxdur dünənki günlə,
Gələcək zamanın görücüsüyəm.
Kayıt Tarihi : 26.10.2023 14:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!