Daş mövqeyinde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Daş mövqeyinde

Ürək iki bölünər,
Aram-aram döyünər..
Dünya qəmli görünər
Hicrin baş mövqeyində.

De gəlir-çıxarımı,
His tutub buxarımı.
Eh, yerim yuxarımı
Ömrün yaş mövqeyində.

Dünya özü bir tilsim,
Aça bilməyir sim-sim.
Növbədə görəsən kim,
Zülmün daş mövqeyində.

Kim deyir ki ulusan,
Hələ canı sulusan.
Yaman qarınqulusan,
Durdun xaş mövqeyində.

Yaxşılar çox olaydı,
Fərəhdən tox olaydı.
Sənlə bir yox olaydı,
Xar düşmən.Kaş mövqeyin də.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.3.2022 08:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu