Daş bilenlerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Daş bilenlerim


Dünya od-atəşdən gəlibdir lərzə,
Siahlar-sursatlar söyləyir hərzə.
Yazığım çox gəlir kürreyi-ərzə,
Başında dururmu baş bilənlərim.

Ölümün gəlişi anda olmayır?,
Amansız soyuğu qanda olmayır?
Ağrısı-acısı canda olmayır?
Atılan gülləni daş bilənlərim.

Şəhidlər cənnətə çıxıb gedirlər,
Düşmənin evini yıxıb gedirlər.
Zülümün əlini sıxıb gedirlər,
Fərəhin gözünü yaş bilərlərim.

Bu qədər qan tökmək bəs.yetər vallah,
Sən özün ölçünü götür,ay Allah.
Addımı atırlar tərsə-mayallaq,
Dünyanın işini çaş bilənlərim.

Mənim qəlbimdəki açılan sirrdir,
Ən böyük arzumuz dinclikdir, hürrdür.
Hər insan parlayan incidir, dürrdür.
Dünyaya hökm edə kaş, bilənlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.3.2022 08:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu