Gündüz çölümdə doğular,
Gecə içimdə qaralar.
Taxıl zəmisi sovular,
Yaşıl sünbüllər saralar.
Sevdiyini itirəməz,
Fərəh heç vaxt.
Kədər gülü bitirəməz,
Bu tale,bu baxt.
Xəyallarım oraq olar,
Biçər qəmi bircə anda.
Ağ barmaqlar daraq olar,
Hisslər coşar qara qanda.
Kədərini mənlə bölər,
Sevincini gizli saxlar.
Mən ölərsəm o da ölər,
Dünyanın təməli laxlar.
Yer çıxar öz məhvərindən,
Kainatln oxu sınar.
Azalmayan dərd-sərindən,
Insanların çoxu sınar.
Kayıt Tarihi : 20.6.2018 15:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!