Gündüz çölümdə doğular,
Gecə içimdə qaralaq.
Taxıl zəmisi sovular,
Yaşıl sünbüllər saralar.
Sevdiyini itirəməz,
Ürəyim heç vaxt.
Kədər gülü bitirəməz
Bu tale,bu baxt.
Xəyallarım oraq olar,
Biçər qəmi bircə anda.
Ağ barmaqlar daraq olar,
Hisslər coşar qara qanda.
Kədərini mənlə bölər,
Sevincini gizli saxlar.
Mən ölərsəm o da ölər,
Dünyanın təməli laxlar.
Yer çıxar öz məhvərindən,
Kainatın oxu sınar.
Azalmayan dərd-sərindən,
Insanların çoxu sınar.
Kayıt Tarihi : 20.6.2018 16:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!