Səmalara qaçım görən,
Günəş tək nur saçım görən,
Hansı birin açım görən,
Xatirələr büküm-büküm.
Fidan idi, tez böyüdü.
Boylandığı o göyüdü.
Sevirəm yaşıl söyüdü,
Saçaqları töküm-töküm.
Düşməyim dərd bazarına,
Ayrılığın güzarına.
Ata-ana məzarına,
Üzü üstə çöküm-çöküm.
Kayıt Tarihi : 1.11.2019 15:23:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!