Tapınaq ilahi qüdrətə,gülüm,
Son qoyaq hicrana,möhnətə.gülüm.
Dözməyib əbədi həsrətə,gülüm,
Dağlar da kiçilib təpələnibdir.
Xəzərin boynuna ağ mirvari tax,
Başının üstündə şimşək kimi çax.
Sahilə sevginin gücünə bir bax,
Sular qırçın-qırçın lərələnibdir.
Məhəbbət bənzəməz,gülüm,ehsana
Göz yaşı dönməsin soyuq leysana.
Sevgi qüdrət verir hər bir insana,
Odur ki çiçək tək səpələnibdir.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!