Yad əlində girinc olduq,
Qızıl ikən bürünc olduq.
Yenə qanlı vuruşmalar,
Təxribatlar, duruşmalar.
Nə olacaq bunun sonu,
Fələk geyər qara donu.
Hicrin əl-qolu açılar,
Vüsaldan uzaq qaçılar.
Gün-gündən artar dərd-sər,
Oğulsansa sən qanad gər.
Kömək olar bizə Allah,
Bir daha biz çəkmərik ah.
Kayıt Tarihi : 23.12.2021 07:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!