Bu dünyanın yaxşısı nə,pisi nə
Çiskini nə,dumanı nə,sisi nə.
Bulaşdırma məni qara hisinə,
Gözümün önündən çəkil,ayrılıq.
Oturdun yenə də padşah sayağı,
Hər işin-əməlin hərzə,bayağı.
Nə əlin olaydı,nə də ayağın
Olasan quruca şəkil,ayrılıq.
Yol üstündə boynun burma qovaq tək,
Nə gəlirsən bəxtə üzlü qonaq tək.
Gərək səni bu dünyada qoyaq tək,
Vüsal gəlir,tezcə əkil,ayrılıq.
Kayıt Tarihi : 12.12.2018 15:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!