Kim yozacaq bu qorxulu röyanı,
Məhv etməsin qəlbimdəki xulyanı.
Verin mənə nolar, bütün dünyanı,
Sığışmıram bucağına ömrümün.
Zalım ürək, fərəhindən daşıb coş,
Bu olanlar gəlməyir ki mənə xoş.
İstəmirəm bircə an da qalsın boş,
Çiçək atın qucağına ömrümün.
İndi yağda dəyər yoxdur, şor olub,
Ala gözlər ağlamaqdan kor olub.
Öləziyib, öləziyib qor olub,
Kim su tödü ocağına ömrümün.
Nədən zaman fərəhini pay verməz,
Zülmətimi nur eyləyən ay verməz.
Ötən günlər harayıma hay verməz,
Qayıtmaz ki o çağına ömrümün.
Nədən axı zalımlığa meyl edim,
Çalışıram mən hamıya xeyr edim.
Ətrafımı məsum-məsum seyr edim,
Lal qonağam uçağına ömrümün.
Kayıt Tarihi : 16.2.2026 16:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!