Bu çağıma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Bu çağıma


Ayrılıq oxatan kirpiyə dönüb,
Vüsalın keçilməz körpüyə dönüb.
Xəyalın gülümsər körpəyə dönüb,
Səmadan birbaşa en qucağıma.

Şeirdən başqa heç özəlliyim yox,
Ömrün payızında xəzəlliyim yox.
Daha qocalmışam, gözəlliyim yox,
Kim aşiq olar ki eh, bu çağıma?

Ayrılıq müddəti bir əsr edər,
Həsrətin könlümü lal əsir edər.
Günəşin istisi az təsir edər,
Amma heç dözməz ki şeh sıcağıma.
19.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 26.1.2019 14:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu