BİRCƏ QARIN ÇÖRƏK VERİN
Ayaq yalın, çılın-çıplaq,
Küçələri dolanır O.
Ordu batıq, canı arıq,
Əl açaraq dilənir O.
Gileylənir taleyindən,
Ataları şəhid olub.
Gənc anası dörd uşaqla,
Çox çarəsiz, başsız qalıb.
Həyat onu təpikləyir,
Bir kimsədən ümidi yox.
Əl üzməyir yaşamaqdan,
Həm azarı, həm dərdi çox.
Gələn-gedən deyir ona,
Allahına dua eylə.
Sən müstəqil, sən azadsan,
Səbr eyləyib, şükür söylə.
Uşaqdan bir səda gəlir:-
Siz müstəqil, azad olun.
Yeyin-için, keyf eyləyin,
Allaha da səcdə qılın.
Ancaq mənə:--
Tanrı ulu, Allah böyük,
Bu hikmətin sirri dərin.
Azad dövlət, Allah deyil,
Bircə qarın çörək verin!
Bircə qarın çörək verin!
Seyraqif Coculu
Kayıt Tarihi : 26.7.2025 20:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!