Bir tablo Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3703

ŞİİR


27

TAKİPÇİ

Bir tablo

Dünyanın milyon rəngi,
Bir tabloda canlanıb.
Könlümdə eşq ahəngi,
Gözümdə şer anları...

O duyğusal günlərin,
Xatirəsi bəsimdir.
O mehriban ünlərin,
Çoxu mənim səsimdir.

Gülmüşəm, danışmışam
Sevdiklərimlə birgə.
Həsrətlə tanışmışam,
Salıb hüsnümə kölgə...

Bu kölgəni siləməz
Ən mahir rəssam belə.
Ayrılıq əfv diləməz,
Yansa sanki şam belə.

Gərək özüm acımı,
Sığallayıb yatırım.
Qoruyub qəlb tacımı,
Gələcəyə ötürüm...

Sevinc Arzulu
Kayıt Tarihi : 27.11.2019 07:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu