Ulu qüdrət sayılan,
Sevgi qəmdən bayılar.
Xatirələr ayılar,
Bir vüsal bölgəsində.
Al güldən xar almışam,
Qüssədən qar almışam.
Yamanca qaralmışam,
Həsrətin kölgəsində.
Qəlbdən keçən zər sapdım,
Dərd qayasın tək çapdım.
Necə rahatlıq tapdın,
Gülüm, bir özgəsində.
Kayıt Tarihi : 30.6.2018 13:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!