Bir ömür de Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Bir ömür de

Uzaqdasan göylər kimi,
Səsim yetməz,ünüm çatmaz.
Bilirsənmi,sənsiz sənli
Günlərimə günüm çatmaz.

Yaşayıram qəm içində,
Hicran yaman üzür məni.
Qaranlıq aləm içindən,
Qara kədər süzür məni.

Sənsizlik çox ağır daşdır,
Sinəmdən asılıb qalıb.
Gözdən axan qanlı yaşdır,
Fərəhim basılıb qalıb.

Yə`qin heç vaxt olmayacaq,
Nə ilk görüş/,nə son görüş.
Könül xoşbəxt olmayacaq,
Qanla bitdi bu son döyüş.

Zəfər çaldı əcəl,ölüm,
Həyat nə tez məğlub oldu.
Tənha qaldı yaşıl çölüm,
Çiçək gözlər qanla doldu.
Bir ömür də belə soldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu