Hey hərəkət etsən də,
Sonunadək getsən də.
Arzu, kama yetsən də,
Duyğular ilinmədi.
Qəm duyaram sözündən,
Tonqal yanmaz közündən.
O qapqara gözündən,
Kədərin silinmədi.
Hicran məni ağlatdı,
Vüsalımı aldatdı.
Kədəri kim adlatdı,
Heç zaman bilinmədi.
Səndədir izim, qaya.
Bükülməz dizin, qaya.
Məğrurdur bizim qaya,
Sinəsi dəlinmədi.
Dərd-qəmi başdan ataq,
Sevinc nuruna bataq.
Bir olmadıq.Eh, ortaq
Məxrəcə gəlinmədi.
Kayıt Tarihi : 13.12.2021 10:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!