Alqışımı suya dedim,
Fərəhimi duya dedim.
Səhər-axşam dua edim,
Gəzsin düzü bəri-bəri.
Necə çəkir yol gözlərim,
Qanadlansın xoş sözlərim.
Istəyirəm əzizlərim,
Keçsin yüzü bəri-bəri.
Qaranlığı keçə gündüz,
Yaxşı-pisi seçə gündüz.
Gülümsəyir neçə gündür,
Göylər üzü bəri-bəri.
Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!