Mənim dəlim, kinli olma bu qədər,
Küləksənmi kükrəyəsən, əsəsən?
Sevgi elə ucuz deyil gedəsən,
Salam belə asan deyil kəsəsən…
Bəyənmirəm bu get gəlli halları,
Sevmirəm də belə qeylüqalları …
Qorxudursa səni eşqin yolları,
Başa salım, gəl, o yolu kəsə sən …
Əzab vermə daha mənə , özünə,
Uzaq durma, qurban olum gözünə,
Məhəl qoyma qürurunun sözünə,
Qulaq ver o könlündəki səsə sən …
Qara bəxtim varlığınla ağlanıb,
Sevinclərim gözlərində saxlanıb,
Göbək bağın taleyimə bağlanıb,
Gedəcəksən başqa hansı kəsə sən?)
Mənim dəlim , bir az düşün dərindən,
Qaydaları sən oynatma yerindən…
Bilmirsənsə ,gəl, soruşaq birindən….
“Ömür elə uzun deyil küsəsən” …
Kayıt Tarihi : 5.1.2025 16:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!