Həsrət hicranına ən sadiq yardır,
Hicran onun üçün gözəl nigardır.
Bəlkə gündüzlərin qulağı kardır,
Bəlkə gecələrin gözü görməyir.
Görəsən dahilər qocalmayırlar?
Dumanlı zirvəyə ucalmayırlar?
Bəlkə ustalığı bacarmayırlar,
Bəlkə necələri sözü hörməyir.
Dənizin ikicə sahili olur,
Insanın avamı, cahili olur.
Əli silahlılar qatili olur,
Bəlkə neçələri özü ölməyir.
Kayıt Tarihi : 29.8.2021 09:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!