Sevda yollarında çapdım atımı,
Gözlərdə kədəri,qəhəri gördüm.
Ilxının içində tapdım atımı,
Yanında madyanı,kəhəri gördüm.
Nədən kəsir yollarımı duman,çən
Indidən düşübdür saçlarıma dən.
Qara gözlərinin işığında mən,
Nur saçan günəşli səhəri gördüm.
Sevinc nəğmə deyər vüsal çağında,
Açılmaz qüdrət var Baba dağında.
Elə sevindim ki Vətən bağında,
Yığmaqla bitməyən bəhəri gördüm.
Kayıt Tarihi : 11.6.2018 10:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!