Baharla bir doğularsan,
Həsrət gələr, soğularsan.
Yaxın gəlmə, boğularsan,
Gülüm, tüstümə, tüstümə.
Cəh-cəh vurub ötəcəksən,
Çəmənlikdən itəcəksən.
Yanıb-yanıb bitəcəksən,
Baxma büstümə, büstümə.
Ucalardan uca taxtım,
Ulduz olub yerə axdım.
Ildırım tək göydə çaxdım,
Gəlmə üstümə, üstümə
Kayıt Tarihi : 19.3.2020 15:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!