Bu dünyadan bircə an çal,
Acı-şirin xəyala dal.
Həsrət deyir küsülü qal,
Vüsal deyir barış-barış.
Qiymətimi biləcəksən,
Qəlbdən qəmi siləcəksən.
Bəlkə qalib gələcəksən,
Rəqibinlə yarış-yarış.
Sənsən mənim səadətim,
Əbədilik sədaqətim.
Uzun oldu səyahətim,
Gəzdim eli qarış-qarış.
Demirəmki ağ duza dön,
Nə soyuyub qar-buza dön.
Gur işıqlı ulduza dön,
Göy üzündə sayrış-sayrış.
Kayıt Tarihi : 19.3.2020 11:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!