Göyün qatında çırpınan,
Bəyaz atında çırpınan.
Köksün altında çırpınan,
Bir ovucluq ürəkmidir.
Hərdən məni unudursan,
Xatirəmi ovudursan
Ayrılığı bərk tutursan
Hicran sənə gərəkmidir.
Gedənlərə qarışırsan,
Ayrılıqla yarışırsan.
Hicran ilə barışırsan,
Süfrəndə duz-çörəkmidir.
Həsrət çəkmək sanma asan.
Daş-dəmirdən deyil insan.
Buralarda sanki leysan,
Orda yağış seyrəkmidir.
Yaşıllaşıb dağım-daşım,
Gül-çiçəkdir addımbaşı.
Ovcundadır gözün yaşı,
Könlün yenə köyrəkmidir.
Dar günlərdə bizi ovut,
Gözümüzün yaşın qurut.
Hardasan ay Dədə Qorqud.
Nağıl dili yüyrəkmidir.
Bulaq üstdə səhəng görün,
Ətraf bəyaz əhəng, görün.
İstəyirəm nəhəng görün,
Adın Bamsı Beyrəkdmidir.
Kayıt Tarihi : 27.3.2022 08:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!