Gecələr aypara işıq yandırır,
Astaca süzülür bal təbəssümü.
Yer üzün necə də işıqlandırır,
Günəş. Dodağında al təbəssümü.
Heç bitməz həsrətin mənlə qovğası,
De, acı dadırmı hicrin dovğası.
Əynində köhnəlmiş qara sovxası
Könlümü titrədər lal təbəssümü.
Sevinc, fərəh çıxsın hər an püşkümə,
Ayrılıq olmasın həyan köşkümə.
Izn ver, nur salsın həyat eşqimə,
Bir dəfə gözümə sal təbəssümü.
19.07.2018
Kayıt Tarihi : 19.7.2018 08:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!