Qəm könlümdə tikər saray,
Sən qayıtsan çökər saray.
Xatirələr çəkər haray,
Çalın-çarpaz dağlar məni.
Göz yaşlarım gilə-gilə,
Ayrı düşdün bilə-bilə.
Özün getdin gülə-gülə,
Niyə qoydun ağlar məni.
Uçub getdi səadətim,
Azaldı qəlb hərarətim.
Sənə olan məhəbbətim,
Bu həyata bağlar məni.
Kayıt Tarihi : 14.6.2018 20:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!