Torpağına daşına vətən demişəm
Şəhiddir torpağında yatan demişəm
Türklüyümə Türklük qatan demişəm
Yazılmış bir dastandır Azərbaycanım
Şuşada çalındı bir zəfər türküsü
Al qanlada yazıldı hürrlük öyküsü
Türklüyündə bağrında tək bir ülküsü
Sən Türkün öz yurdusan Azərbaycanım
Yanqılanır Türkün yurdumda səsi
Bu vətən üçün verdik biz son nəfəsi
Ocağında birləşdir,səndə hərkəsi
Turanın paytaxtıdır Azərbaycanım
Əcdadın kölgəsi düşər hər bir daşa
İgidlik heç sığarmı bir tək savaşa
Adında yazılır hər zaman başa
Hürriyətlə yoğrulur Azərbaycanım
Qızıl alma yolunda bir işıq kimi
Vurğunam mən də sənə bir aşiq kimi
Sevdan ürəkdən axar bir çay kimi
Əbədiyyən var olsun Azərbaycanım
Yayılmış bayrağına Türklüyün şanı
Övladların tökər vətən üçün qanı
Sənin uğrunda verərik bir tək canı
Sonsuzadək yaşa sən Azərbaycanım
Kayıt Tarihi : 26.8.2025 16:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!