Ayrldq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Ayrldq

AYRILDIQ

Zəhər olar bal düşmənin əlində,
Olma heç vaxt xal düşmənin əlində.
Qaldım yenə lal düşmənin əlində,
Nə vuruşduq, nə dalaşdıq, ayrıldıq.

Mən kəşf etdim deyən səntək dühanı,
Ucuz satıb nədən aldın bahanı.
Birgə gəzdik,dostum, bütün cahanı,
Bu dünyanı cüt dolaşdıq, ayrıldıq.

Axır vaxtlar calanmayır söz-sözə,
Alışmaqçun dayaq olmur köz-közə.
Son saatda gəlmədik ki göz-gözə,
Uzaqdanca vidalaşdıq, ayrıldıq.

Kədərimi sezər oldu ölüm də,
Ol həsrətdən bezar oldu ömrüm də.
Dağlar belə düzən oldu önümdə,
Keçilməyən min yol aşdıq, ayrıldıq.

Geridə qalıbdır nur sabahımız,
Zirvəyə yüksəlibaman- ahımız.
Bax, necə də pərvaz edir ruhumuz,
Göy səmaya çox yaraşdıq, ayrıldıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!