Ayrılığın üçü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Ayrılığın üçü

Üzün məndən döndərin,
Başına kül əndərin.
Qəm əkibdir.göndərin,
Ayrılığı biçinə.

Dərdlə əl-ələ düşsün,
Güclü zəlzələ düşsün.
Görüm vəlvələ düşsün,
Ayrılığın içinə.

Göyərtəsi boşalıb,
Papağı da boş qalıb.
Həsrət, hicran qoşulub,
Ayrılığın köçünə.

Yüz vurub şəst gələsən,
Bir azca məst gələsən.
Görüm ki rast gələsən,
Ayrılığın heçinə.

Dünən ölüb, pah.Gəlin.
Taxtsız qalan şah.Gəlin.
Yığışın, sabah gəlin,
Ayrılığın üçünə.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.7.2021 06:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu