Bəlkə də hər ağacın,
Budağı yaşıl olmur.
Sarı qumlu səhranın,
Qovağı yaşıl olmur.
Dənizin sahilində,
Nə gül, nə çiçək bitməz.
Uzaq eşq cahilindən,
Saxta gülüşü itməz.
Bəzən saatlarım da,
Dəqiqəm tək boş keçər.
Ümidsiz vaxtlarımda,
Çətin günüm xoş keçə.
Mənim sənsiz həyatım,
Qara sapdan asılı.
Həm şerim, həm bayatım,
Dərdi-qəmdən basılıb.
Mən də gözəl olmuşam,
Nə zamansa, nə vaxtsa.
Indi yaşa dolmuşam,
Ayrılıq çıxıb taxta.
Kayıt Tarihi : 10.12.2019 07:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!