Sevimli dilbərindim,
Dilində əzbərindim.
Mən sənin su pərindim,
Hardasan yosun izlim.
Səndin xoş sədam, ünüm,
Həm sabahım, həm dünüm.
Ağarsın qara günüm,
Qayıt gəl ay bənizlim.
Həsrət yaman peşəkar,
O ovçudur, mən şikar.
Söhbət edək aşikar,
Küsək hamıdan gizlin.
25.11.2018
Kayıt Tarihi : 6.12.2018 07:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!