Ax get Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Ax get


Yaşamdan bezməyirəm,
Həsrəti sezməyirəm.
Görürsən, dözməyirəm,
Atəşinə az yax, get.

Dünyanın təxti çönüb,
Göydə ulduzlar sönüb.
Dostum, şimşəyə dönüb,
Mavi səmada çax, get.

Aynana tül olaram,
Bağında gül olaram.
Sonunda kül olaram,
Məni mənə burax get.

Hissim vüsal tonunda,
Qızıl günəş donunda.
Ayrılığın fonunda,
Gülümsəyərək bax, get.

Məğlub olub suçuna,
Ürək dərddən uçunar.
Başdaşımın ucuna,
Iki qərənfil tax, get.
31.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 8.06.2019 19:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!