Kədərin səs tonu bu,
Ayrılığın donu bu.
Sevdamızın sonu bu,
Tək özümü danladım.
Uzun teli daraymış,
Hər nəğməsi haraymış.
Hicran yaman qaraymış,
Üz-gözünü unladım.
Həsrətə dəyəcəkdin,
Qapımı döyəcəkdin.
Mənə “Yox”-deyəcəkdin,
Ilk baxışdan anladım.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!