Amandır, qardaş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Amandır, qardaş

Ömrün qurban deyər qardaşa bacı,
Bu həsrət, ayrılıq acıdan acı.
Bilirəm, bu dərdin yoxdur əlacı,
Ürəyim inləyən kamandır, qardaş.

Deyirlər çiçəyin ömrü az olur,
Çiçək açılarsa qış da yaz olur.
Nədəndir gedənlər qayıtmaz olur,
Nə olar, sən getmə, amandır qardaş.

Əbədi ayrılıq qəm gətirəcək,
Fərəhi bizlərdən yan ötürəcək.
Qorxuram dünyanı su götürəcək,
Gözlərim bulud tək damandır, qardaş.

Nə sənli günlərim gözümdən itər,
Nə solan baxçamda al güllər bitər.
Deyirlər ayrılıq ölümdən betər,
Ölüm ayrılıqdan yamandır, qardaş.

Ləli-cəvahirəm, Yaqutdur adım,
Dünyanın ən acı şərbətin daddım.
Sən getdin, qırıldı qolum-qanadım,
Sandım ki axırı-zamandır, qardaş.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!