Göylərə baş çəkər eşqin ucası,
Ikidir sevginin dadlı hecası.
Sənsiz sükunətin qapı-bacası,
Açıqdır, bilirsən bağlamaq olmur.
Yar gələn yolların üstündə durdum,
Bircə söz deməkçün min plan qurdum.
Xarın gəlişinə hönkürtü vurdum,
Qəfil gedişinə ağlamaq olmur.
Yamanca dəyişib zamanın özü,
Alova çevrililir yamanın közü.
Elə bərkiyib ki amanın üzü,
Qəlbini həsrətlə dağlamaq olmur.
Masmavi səmadan ensə də könlüm,
Kədərdən, qüssədən önsə də könlüm,
Xəzər dənizinə dönsə də könlüm,
Sahilə çırpılıb çağlamaq olmur.
Intizar duyulur eşqin tonunda,
Dincəlib dururmu günün sonunda.
Deyəsən dəyişib qayda-qanun da,
Kimsəni şerinə tağlamaq olmur.
Kayıt Tarihi : 8.4.2020 09:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!