Ağ den,ayrılıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Ağ den,ayrılıq

Bu eşqin əvvəli güclü məhəbbət,
Bu eşqin axırı nədən ayrılıq.
Bilməyir sevgidə vardır min hikmət,
Fərəhi qəm-qüssə edən ayrılıq.

Axır ki tənəli sözümdən doyub,
Hicranın riyasın üzündən soyub.
Məni bu dünyada tək-tənha qoyub,
Vüsalın özüylə gedən ayrılıq.

Nə vaxt əriyəcək aysberq buzun,
Artmayır, azalır gün-gündən duzun.
Nədən sənin ömrün uzundan uzun,
Telimə salmısan ağ dən, ayrılıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu