Addım-addım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Addım-addım

Tale ən çox üzər kimi,
Sərt baxışla süzər kimi.
Mən də coşqun Xəzər kimi,
Çəkilirəm addım-addım.

Ağladacaq gedən məni,
Bu dünyadan edən məni.
Tanımayır nədən məni,
Hey baxsa da maddım-maddım.

Neynəyəcəm mən qəriban,
Qalmışam halı pərişan.
Hamı mənə dost-mehriban,
Təkcə sənə yaddım-yaddım.

Varlığına öyrənmişdim,
Dərdi-qəmim seyrəlmişdi.
Gedişinə kövrəlmişdim,
Gəlişinə şaddım-şaddım.

Düyünləyib qəhərimi,
Belə açdım səhərimi.
Ayrılığın zəhərini,
Zalım fələk, daddım-daddım.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu