Düşmən çoxdan tapıbdır öz tayını,
Dost tutubdur özünə rus ayını.
Görürsənmi bu erməni hayını,
Lağım-lağım teyləyibdir biçini.
Acı sözdən ala gözü dolanım,
Sərt enişdə otu bir-bir yolanım.
Qurda-quşa yem olubdur olanım,
Ağım-ağım neyləyibdir heçimi.
Sevdalanmaq ən böyük baş töhməti,
Fələk bizə buyurubdu möhnəti.
Bilirsənmi, çox acıdır həsrətin,
Dağım-dağım eyləyibdir içimi.
Kayıt Tarihi : 25.2.2021 05:10:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!