Arzusuna yetdimi
Görən o dilbər gəlin.
Xına rəngdə etdimi
Həm ayağın, həm əlin.
Qovuşdu özgəsinə,
Sevdiyinə qıymadı.
Məskəni özgə sinə,
Sevdalını duymadı.
Qızıl-ziynət verəsən,
Var görüb yolun çaşdı.
Xoşbəxtdimi görəsən,
Bəs niyə gözü yaşdı.
Bilmədi oyuncaqdır,
O, varlının əlində.
Çətin ovunacaqdır,
Varlının əməlindən.
Salıb qızıl qəfəsə ,
Tənha quşlar sayağı.
Qısqanıb hər nəfəsə.
Bağlayıb əl-ayağın.
Həqiqəti sezərək,
Min bir fikrə gedəcək.
Tənhalıqdan bezərək,
Özünə qəsd edəcək.
Bu çıxış yolu deyil,
Ayıq olun a qızlar.
Salmayın vara meyl,
Sonda qəlbiniz sızlar...
Kayıt Tarihi : 5.12.2021 18:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!