Zaman diksinir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2094

ŞİİR


8

TAKİPÇİ

Zaman diksinir

Kədər ayrılıqla əl-ələ gəzir,
Arayıb-axtarıb vəlvələ gəzir.
Elə bil canında zəlzələ gəzir.
Gözümün yaşından zaman diksinir.

Keçsə də aradan neçə sənələr,
Yaşayır hələ də xoş əfsanələr.
Qarşıda gözləyir onu ah, nələr,
Ayrılıq könlünə daman diksinir.

Həsrətin oduna alışam, yanam,
Neynəyim, əzəldən dərdə giryanam,
Zurnanın, tütəyin səsi bir yana,
Tar nalə çəkəndə kaman diksinir.
04.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 15.3.2019 06:48:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!