Yağışdı payız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Yağışdı payız


Toplayar bir yerə söz daşlarını,
Ocağa çevirər köz qaşlarını.
Silə də bilmirəm göz yaşlarını,
Başdan ayağadək yağışdı, payız.

Dağıdar, sındırar, qırar tilsimi,
İnləyər könlümün sarı qəm simi.
Elə ərköyündü küləklər kimi,
Axır ki özünə yığışdı payız.

Həsrətin divarı ovula bilər,
Torpağı küləklə sovrula bilər.
Asta en, xatirəm dağıla bilər,
Buradan aşağı yoxuşdu, payız.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.10.2019 07:00:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!