Unutmadım baxışlarını Şiiri - Sevinc Arzulu

Şiir Yarışması
Sevinc Arzulu
3066

ŞİİR


21

TAKİPÇİ

Unutmadım baxışlarını

O qızıl qolbaqlı bilək də yoxdur,
O arzu, o istək, dilək də yoxdur.
Fərəhlə döyünən ürək də yoxdur.
Ki çəkə rəsminə naxışlarını.

Bəzən doğruçuym,bəzən də yalan,
Bəzən fərəhliyəm, bəzən də nalan.
Ay mənim özümü özümdən alan,
Silərəm gözünün yağışlarını.

Obalar köçübdür, ellər keçibdir.
Yağışlar yağıbdır, sellər lkeçibdir.
Aradan gör neçə illər keçibdir
Bir gün unutmadım baxışlarını.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2021 06:54:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu