Sevgiler ve nifretler Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Sevgiler ve nifretler

Sevgilərin məhv olduğu yerdə,
nifrətlər başlar.
Nifrət edə bilməyənlərin,
onu düşünməyi belə bacarmayanların,
dil açar ürəklərində
sevgi tumurcuqları.

Nifrətlərin baş alıb getdiyi yerdə,
sevgilər ayaq tutub yeriməz.
Ayaq tutub yeriyənlərin,
dabanları əzər sevgi çiçəklərini.
tikan bitirər izləri.
nifrət elçilərinin.

Sevgilərin ucuzlaşdığı yerdə,
nifrətlər bahalaşar.
Qan tökər su yerinə, göz yaşları.
günbəgün artar sayı məzardaşlarının.
ümidlər ölər,
ümidsizliyin fəth olunduğu
xarabalıqlarda.

Nifrətlərin güləcəyi yerdə,
sevgilər ağlaya-ağlaya,
yolar vaxtsız ağarmış saçlarını.
bir üzü tərs düşər həyatın,
başlanğıcdan sona doğru yolun
Qarışıqlıığında azdırar yolunu
sevgi sərnişinlərinin.

Habil Yaşar 2
Kayıt Tarihi : 4.4.2019 19:23:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!